четверг, 3 января 2013 г.

Ali Khayyam - Tanrıya bitişdir məni.

Tanrı insan və təbiət arasındakı müharibələrdən yaralanmış bir sevgi virusunun daşıyıcısı Sən və Mən.
Uyğurdan bu şəhərə köçmüş bir şamanın ruhu ilə rəqsdəyəm, sağalar deyə bəlkə yaralar..
Yoruluram sənə çatmağa bir addımlıqlarda.. tənginəfəsəm qollarında.. şərhlər bildirmə həyatıma.
Suallar vermə!.. Soruşma o iyrənc niyələrini nəyə görələrini.
Bədənimdəki yaraları boş ver, ruhumu sağalt şaman.
Yarım cümlələr qururam dilimi öyrət mənə..
Bir sevgilinin qollarında tənginəfəsliyi öyrət.Sözlər öyrət mənə.. bir Dünya şey anladım.
Qısa şeylər öyrət mənə şaman..yorğunam.
Suallara cavab verməməyi öyrət.
Mənə rəqs etməyi öyrət, dolaşır ayaqlarım bir-birinə yaşadıqca.
Burax e bədənləri,ruhları öldür şaman.
Ruhumu yandır bir sevgilinin əzabında.
Tax boynuma sümüklərindən bir neçədənə..
Bir dəstə 4 yarpaqlı yonca bağışla mənə, verəcəm sevgiliyə...
Doğmaların ruhunu çağır ee çox darıxmışam.. çox  ağlamışam bir işarət deyə pəncərələrin çıt-çıtına baxanda.
Ruhum Tanrının ruhunun bir parçasıdırsa, qaytar onu şaman..parçanı yerinə yapışdır.
Tanrıya bitişdir məni.. Boş ver.Burax ee burax şaman.

Комментариев нет:

Отправить комментарий